BAKI, 4 sentyabr. TELEQRAF

"IV Türkiyə-Azərbaycan Enerji Forumu çərçivəsində İzmirdə Azərbaycanın energetika naziri cənab Pərviz Şahbazov ilə görüşdük. Forum çərçivəsində biz karbohidrogenlər və neft-kimya, bərpa olunan enerji, elektrik enerjisi, enerji səmərəliliyi və mədənçıxarma sahələrini əhatə edən altı ayrı işçi qrup yaratdıq".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə IV Enerji Forumu çərçivəsində iki ölkənin enerji potensialından danışarkən bildirib.

"Mən və cənab Şahbazov işçi qrupun hesabatlarına baxdıq. Biz əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün yeni addımlar, o cümlədən enerji təchizatı təhlükəsizliyi, bərpa olunan resursların inkişafı, təbii qaz və elektrik enerjisi ticarətinin artırılması, mühüm minerallar sahəsində birgə layihələri müzakirə etdik" deyə türk nazir qeyd edib.