BAKI, 4 sentyabr. TELEQRAF
Mərkəzi Bank “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlayır.
Teleqraf xəbər verir ki, bununla bağlı qurumun “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupunun iclası keçirilib.
Qrupun rəhbəri Taleh Kazımov makroiqtisadi dayanıqlığın təmin olunmasının iqtisadi artımın davamlı inkişafı, onun xarici və daxili təsirlərə dayanıqlı olması, həmçinin inklüziv və dayanıqlı maliyyə ekosisteminin inkişafının mühüm sütunu olduğunu bildirib.
Əlavə olaraq, Taleh Kazımov 2027–2030-cu illəri əhatə edəcək dövrdə ölkədə makroiqtisadi dayanıqlılığın gücləndirilməsi üçün makroiqtisadi və maliyyə sabitliyi üzrə siyasət çərçivələrinin daha da təkmilləşdirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırıb.