BAKI, 28 avqust. TELEQRAF
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.20% azalaraq 2.8803 ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility” (TTF) virtual platformasında qazın meqavat-saatının dəyəri 2.66% azalaraq 32.73 avro təşkil edib.