BAKI, 24 aprel. TELEQRAF
Türkiyənin müxalif Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) qondarma erməni soyqırımının 111-ci ildönümü ilə bağlı ermənilərə “başsağlığı mesajı” göndərib.
Teleqraf xəbər verir ki, bu barədə partiyanın sosial media hesabında bildirilib.
DEM Partiya mesajında ermənilərin qondarma iddiasını “bəşəri cinayət” adlandırıb və Türkiyə hakimiyyətini üzr istəməyə çağırıb.