BAKI, 7 avqust. TELEQRAF
Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
"Sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamaları xahiş olunur."- deyə məlumatda qeyd edilib. Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar gün ərzində ictimaiyyətə ətraflı məlumat veriləcək.