KİLİS, 2 avqust. TELEQRAF

Bu gündən Türkiyənin Kilis şəhərindən Azərbaycan qazının Suriyaya ixracı başlayır.

Teleqraf-ın Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, istifadəyə verilən boru xətti ilə gündəlik 3.4 milyon kubmetr qaz ötürüləcək.

Azərbaycan qazı Hələbdəki istilik elektrik stansiyasında elektrik enerjisinə çevriləcək. Tədarük olunan qazla stansiyanın 1200 meqavat enerji istehsal etməsi nəzərdə tutulur. Bu miqdarda enerji isə təxminən 5 milyon suriyalı ailənin ehtiyacını ödəmək üçün kifayətdir.

Enerji ekspertləri bildirirlər ki, bu addım Suriyanın vətəndaş müharibəsindən müharibədən zərər çəkmiş enerji infrastrukturunun bərpasına və daha genişmiqyaslı bərpa proseslərinin başlamasına töhfə verə bilər.

Qeyd edək ki, Azərbaycan bu günə kimi 12 ölkəyə qaz ixrac edir. Suriyaya qaz ixracının başlanması ilə yeni enerji coğrafiyası formalaşır. Belə ki, Suriya Azərbaycan qazını idxal edə etməkdən əlavə tranzit ölkə rolunu da oynaya bilər.