BAKI, 13 dekabr. TELEQRAF
Amerika Birləşmiş Ştatlarının energetika naziri Kris Rayt ilə Azərbaycan-ABŞ enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı istiqamətində məhsuldar müzakirələr aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun sosial şəbəkə hesabında qeyd edib.
"Neft-qaz resurslarının beynəlxalq bazarlara çıxarılmasında Azərbaycanın rolu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizlərinin inkişafı və əməkdaşlıq perspektivlərini dəyərləndirdik", - nazir qeyd edib.