BAKI, 18 dekabr. TELEQRAF

Bu gün Astaranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə olacaq.

"Azərişıq" ASC-dən Teleqraf-a verilən məlumata görə, buna səbəb Astara Elektrik Şəbəkəsinin (EŞ) 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan 35 kV-luq “Lovayın” hava xəttində aparılacaq təmir işləridir.

"Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək rayonun Hamoşam, Kakalos, Qamışoba, Lovayın, Maşxan, Pensər, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud, Toradi kəndləri, Kijəbə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq," - qurumdan bildirilib.