BAKI, 18 dekabr. TELEQRAF

Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki müəssisəsi “STAR” Neft Emalı Zavodu (NEZ) 2025-ci ilin yanvar-oktyabr aylarında 8 milyard 977 milyon 295,17 min ton xam neft idxal edib.

Teleqraf Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxalda 30,2% artım olub.

Şirkət hesabat dövründə idxal bazarında 22,25%-lik pay ilə ikinci olub.

Əlavə olaraq qeyd edək ki, 2025-ci ilin 10 ayında “STAR” NEZ 2 milyard 260 milyon 551,89 min ton dizel yanacağı növləri, 180 milyon 566,27 min ton isə aviayanacaq ixrac edib. Şirkət hesabat dövründə ümumilikdə 3 milyard 401 milyon 857,85 min ton müxtəlif yanacaq növləri və məhsulların ixrac edib. Ötən ilin müvafiq dörvü ilə müqayisədə ixracda 22,8% artım olub.

“STAR” NEZ bazarda 26,81%-lik payla bu sahədə də ikinci sırada yer alıb.