BAKI, 16 dekabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) 2025-ci ilin yanvar–oktyabr aylarında Rusiyadan təxminən 11,4 milyard avro məbləğində qaz alıb, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4% azdır.

Teleqraf xəbər verir ki, bu barədə “Eurostat” məlumat yayıb.

Məlumata görə, hesabat dövründə Rusiyadan boru kəməri ilə nəql olunan qaz 5 milyard avroya, mayeləşdirilmiş təbii qaz isə 6,4 milyard avroya alınıb.

Aİ ölkələri oktyabr ayında Rusiyadan idxal olunan LNG üçün 425 milyon avro ödəyib. Əsas idxalçılar Fransa (162 milyon avro), Belçika (155 milyon avro) və Niderland (76 milyon avro) olub. İspaniya isə Rusiyadan mayeləşdirilmiş qaz alışını son dörd ilin minimumuna endirərək 31 milyon avro səviyyəsində saxlayıb. Oktyabrda Aİ Rusiyadan boru kəməri nəql etdiyi qaz həcmlərinə 429 milyon avro ödəyib.