BAKI, 17 dekabr. TELEQRAF

2025-ci ilin oktyabrında Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi “SOCAR Enerji Ticaret Anonim Şirketi” ölkədə istehlakçılara 83.80 milyon kub metr qaz satıb.

Teleqraf Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir ki, müəssisə 2,38% payla istehlakçılara təbii qaz satan dördüncü şirkət olub.

Türkiyənin Neft Boru Kəməri Nəqliyyatı Anonim Şirkəti (BOTAŞ) isə hesabat dövründə 1 milyard 910,52 milyon kub metr qaz satıb, ümumi satışda payı isə 54,35% təşkil edib.

BOTAŞ Türkiyədə istehlakçılara ən çox təbii qaz satan şirkət olub.