BAKI, 25 iyul. TELEQRAF
Cari ilin iyun ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0.5% artaraq 36 milyard 817.8 mln. manat təşkil edib.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, banklardan kənarda nağd pul vəsaitlərinin həcmi 16 milyard 513 milyon manat olub. Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə bu 7,4% artım deməkdir.
Hesabat tarixinə geniş mənada pul kütləsi (M3) 48 milyard 468 milyon manat olub. Beləliklə, M3 aqreqatı aylıq müqayisədə 0,34% çox, ilin əvvəli ilə müqayisədə isə 6,37% çoxdur.