BAKI, 19 iyul. TELEQRAF
AYNA tərəfindən keçirilən müsabiqəyə əsasən, 170 nömrəli avtobus marşrutu üzrə qalib olan hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC iyulun 20-dən xəttin istismarını həyata keçirəcək.
Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 170 nömrəli marşrut xətti üzrə 15 avtobus 8 dəqiqə hərəkət interval ilə sərnişinlərə xidmət göstərəcək.
Qeyd edək ki, avtobuslarda ödəniş nağdsız qaydadadır.