BAKI, 15 iyul. TELEQRAF

Bu ilin iyununda Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 464 min barel səviyyəsində olub.

Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, may ayı ilə müqayisədə hasilatın həcmində 1 min barel azalma olub.

Məlumata görə, 2025-ci ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 467 min, ikinci rübündə isə 463 min barel olub. İkinci rübdə gündəlik hasilatda 4 min barel azalma qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir. Azərbaycan bu ilin iyununda OPEC+ çərçivəsində kvotadan 89 min barel geridə qalıb.