BAKI, 11 iyul. TELEQRAF

2025-ci ilin yanvar-iyun aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 83,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 1761,3 milyon manatlıq xidmətlərin 73,2 faizi əhali sektoruna aid olub.