BAKI, 11 iyul. TELEQRAF

Bu ilin 6 ayında magistral neft kəmərləri ilə 18 milyon 513 min ton neft nəql edilib.

Teleqraf xəbər verir ki, nəqletmənin 75,2 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 13 milyon 924,9 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,2 faizini və ya 11587,3 min tonunu Azərbaycanda hasil edilən neft, 16,8 faizini və ya 2337,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.