BAKI, 11 iyul. TELEQRAF

Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2024-cü büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 18 milyard 39 milyon manat, büdcə xərcləri isə 12 milyard 896,4 milyon manat təşkil edib.

Fondun 2024-cü il büdcəsi nəzərdə tutulana nisbətən gəlirlər üzrə 127,9 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində icra edilib.

Qurumun Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə etdiyi xalis gəlirləri 11 milyard 461 milyon manat təşkil edib.