BAKI, 10 iyul. TELEQRAF

Ötən ay Azərbaycanda avtomobil benzini və dizel yanacağı satışından əldə olunan gəlir may ayı ilə müqayisədə 368 milyon manat artıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu faiz ifadəsində 18,8 faiz artım deməkdir.

Ümumilikdə isə bu ilin birinci yarısında-yanvar-iyun aylarında avtomobil benzini və dizel yanacağı satışından toplam 1 milyard 833,8 milyon manat gəlir əldə edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çoxdur.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 6,2 faizi bu kateqoriyaya sərf edilib.