BAKI, 9 iyul. TELEQRAF
Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində doqquz pillə irəliləyib və elektron hökumətin çox sürətlə inkişaf etdiyi ölkə statusuna nail olub. Eyni zamanda, ölkəmiz qlobal Kibertəhlükəsizlik İndeksində MDB ölkələri arasında birinci yerdə qərarlaşıb.
Teleqraf xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS)+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində təşkil edilən nazirlərin dəyirmi masasında qeyd edib.
"Region dövlətlərindən ilk dəfə məhz Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırladığını bildirdik," - nazir əlavə edib.