BAKI, 9 iyul. TELEQRAF

2025-ci ildə dünyada gündəlik hasilatın orta hesabla 104.61 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır. İllik xam neft hasilatı isə orta hesabla 77.66 milyon barel olacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Energetika İnformasiyası Administrasiyasının (EIA) 2025-2026-ci illər üçün dünya üzrə neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı ilə bağlı proqnozunda deyilir.

Administrasiyanın hesabatına görə, 2026-cı ildə dünya üzrə neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 105.72 milyon barel səviyyəsində olacaq. Bu göstəriciyə görə, növbəti il dünyada illik xam neft hasilatı 78.19 milyon barel təşkil edəcək.

Bu il Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 2025-ci ildə 43.20 milyon, 2026-cı ildə isə 43.79 milyon olacaq. Bu göstərici qeyri-OPEC ölkələri üzrə 2025-ci ildə gündəlik 71.77 milyon, 2026-cı ildə isə 72.65 milyon barel təşkil edəcək.

Qeyd edək ki, administrasiya 2024-cü ildə neft və digər maye karbohidrogenlərin dünya üzrə hasilatının gündəlik 102.80 milyon barel səviyyəsində olduğunu qeyd edib.