BAKI, 8 iyul. TELEQRAF

Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən dəmir yollarında aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı–Balakən–Bakı marşrutu üzrə hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib.

ADY-dən Teleqraf-a verilən məlumata görə, Balakən istiqamətində səfər müddəti 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra qatarların hərəkəti əvvəlki qrafikə uyğun davam etdiriləcək.