BAKI, 8 iyul. TELEQRAF
2024-cü ilin 31 dekabr tarixinə Dövlət Neft Şirkətinin (SOCAR) gəlirləri 84,689 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.60% azalma deməkdir.
Teleqraf SOCAR-ın maliyyə hesabatına əsasən xəbər verir ki, qurumun cəmi mənfəəti 13.65% azalaraq 7,393 milyon manat təşkil edib.
Ötən il üzrə neft şirkətinin mənfəəti isə 41.20% artaraq 2,927 milyon manata bərabər olub. Şirkətin mənfəət vergisi üzrə xərci 50.50% artaraq 912 milyon manat olub.