ŞUŞA, 2 iyul. TELEQRAF

"Bu il Ələt Azad İqtisadi Zonasında iki yeni fabrikin açılması planlaşdırılır. Artıq on şirkət qeydiyyat prosesindədir".

Teleqraf-ın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun idarə heyətinin sədr müavini İsmayıl Manafov bu gün Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, investorlarla razılaşmaya əsasən, Ələtdə multimodal karqo hava limanının yaradılması planlaşdırılıb. Layihənin icrasına artıq başlanılıb və hava limanının 2026-cı ildə fəaliyyətə başlaması nəzərdə tutulur.