BAKI, 30 iyun. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC ilə 26-29 iyun qeyri-iş günlərində daşınan sərnişinlərin sayı açıqlanıb.
ADY-dən Teleqraf-a verilən məlumata görə,həmin günlərdə dəmir yolu nəqliyyatı ilə ümumilikdə 64 656 sərnişin daşınıb.
Bu dövrdə Abşeron dairəvi dəmir yolu üzrə 54 505, Bakı-Qazax-Bakı marşrutu üzrə 6 196, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 1 544, Bakı-Balakən-Bakı marşrutu üzrə isə 2 411 sərnişin daşınıb.
ADY qeyd olunan tarixlərdə gücləndirilmiş rejimdə fəaliyyət göstərib, ölkədaxili marşrutlar üzrə 12 əlavə reys yerinə yetirilib, vaqon sayı sərnişin tələbatına uyğun şəkildə artırılıb. Həmçinin, Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.