BAKI, 20 iyun. TELEQRAF
"Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması Moskva və İrəvan arasında qarşılıqlı ticarət dövriyyəsi göstəricilərinə mənfi təsir göstərir. Hesablamalara görə, ilin sonuna qədər ölkələr təxminən 6 milyard dollar itirəcək".
Teleqraf xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, indiki vəziyyətdə Erməmistanla Rusiya arasında ticarət dövriyyəsində 3 milyard dollar azalma var:
"İlin sonuna qədər təxminən 6 milyard dollar itirəcəyimiz göz qabağındadır".
Overçuk bildirib ki, Moskva və İrəvan iqtisadi göstəricilərini bərpa etmək üçün tənzimləmənin zəruriliyini başa düşür.