BAKI, 10 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 843,3 milyon manata yaxın vergi daxil olub, proqnoza 105,7 faiz əməl edilib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 344,2 milyon manat və ya 4,6 faiz artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 716,2 milyon manata yaxın təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 9,1 faiz çox olub.

Ödənilən vergilərin 72,9 faizi qeyri-neft-qaz sektorunun, 27,1 faizi isə neft-qaz sektorunun payına düşüb.