
BAKI, 10 iyun. TELEQRAF
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.17% ucuzlaşaraq 3.6287 ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 0.04% azalıb. Beləliklə, qazın meqavat-saatı 35.55 avro olub.