BAKI, 4 iyun. TELEQRAF

İqtisadiyyat naziri Mikayıl Cabbarov 30-cu Bakı Enerji Həftəsi çərçivəsində Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Malik ilə görüşüb.

Teleqraf xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında qeyd edib.

"Ölkələrimizin iqtisadi əməkdaşlığının şaxələndirilməsi, enerji sektorunda həyata keçirilən qlobal layihələr və yaşıl enerji sahəsində işbirliyi imkanları barədə fikirlərimizi bölüşdük", - Mikayıl Cabbarov bildirib.