BAKI, 21 may. TELEQRAF
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin müvafiq dövrünə nisbətdə 35,5% artaraq 7,1 milyard dolları üstələyib.
Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, Azərbaycandan Aİ ölkələrinə ixraı 6,2 milyard dollar (38% artım), Aİ ölkələrindən Azərbaycana idxal isə 955,3 milyon dollar (21,3% artım) təşkil edib.
Cari ilin ilk 4 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 42,49% təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 3,58% bəndi çoxdur.