BAKI, 20 may. TELEQRAF
"Ruby" MMC, "İNSİNAR" MMC, "V İNVEST" MMC, "KASPİAN TEXNOLOJİ ŞİRKƏTİ" MMC, "MELO ART PRO" MMC, "MELORATİV TİKİNTİ" MMC, "RA MİLK PROCESSİNG" MMC, "RX BUTTER PRO" MMC, "Rahrəvan Construction" MMC və "YH QARDAŞLAR" MMC ləğv olunduqlarını elan ediblər.
Teleqraf xəbər verir ki, kreditorlar 2 ay ərzində müraciətlərini bildirə bilərlər.
Qeyd edək ki, ləğvini elan edən şirkətlərdən bir qismi olduqca aşağı – cəmi 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərib. Sözügedən şirkətlər bunlardır:
“V İNVEST” MMC –qanuni təmsilçisi Əzizov Bağır İspəndiyar oğludur. Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi dörd dəfə adını dəyişdiyi göstərilir. İlk adı "LANQUN" olub. 2013-cü ildə "CTC TURİZM", 2019-ci ildə "CTC İNVEST", 2022-ci ildən isə "V İNVEST" olaraq fəaliyyət göstərib.
“Kaspian Texnoloji Şirkəti” MMC – 2009-cu ildə yaradılıb, qanuni təmsilçisi Nağıyev Məhəmməd Nağı oğludur.
“RA Milk Processing” MMC – 2019-cu ildə təsis edilib, qanuni təmsilçisi Rzayev Arif Susaməddin oğludur.
“RX Butter Pro” MMC – 2019-cu ildə yaradılıb, qanuni təmsilçisi Xəlilzadə Rüfət Xanoğlan oğludur.
“YH Qardaşlar” MMC – 2021-ci ildə qeydiyyata alınıb, qanuni təmsilçisi Məmmədov Yusif Xudaverdi oğludur.
Digər şirkətlərə gəldikdə, “Ruby” MMC 2016-cı ildə yaradılıb, qanuni təmsilçisi Soltanov Malik Cavanşir oğludur. Şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir. Əlavə olaraq, şirkətin 80 manat məbləğində vergi borcu da var.
“İNSİNAR” MMC isə 2022-ci ildə təsis edilib, qanuni təmsilçisi Burkovska Olena, nizamnamə kapitalı isə 8 856 manatdır.
“Melo Art Pro” MMC və “Melorativ Tikinti” MMC hər ikisi 2023-cü ildə dövlət qeydiyyatından keçib. Qanuni təmsilçiləri müvafiq olaraq Rzayev Pərvin Asim oğlu və Babayev Nurlan Fərman oğludur. Hər iki şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir.
Ən yüksək nizamnamə kapitalına malik olan isə “Rahrəvan Construction” MMC-dir. 656 500 manat nizamnamə kapitalı olan bu şirkət 2021-ci ildə yaradılıb və qanuni təmsilçisi Rıza Öztürkdür.