BAKI, 15 may. TELEQRAF
"Vinch Group" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaltdığını elan edib.
Teleqraf-ın xəbərinə görə, qurum nizamnamə kapitalını nə qədər azaltdığını açıqlamayıb.
Hazırda isə şirkətin nizamnamə kapitalı 200 manatdır. Şirkət 2022-ci ilin yanvarın 12-də dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi isə İbadov Emil Nazim oğludur.
Onu da bildirək ki, "Vinch Group" MMC-nin külli miqdarda vergi borcu da var. Belə ki, hazırda MMC-nin vergi borcu 3 milyon 473 min 802 manat təşkil edir.
Bundan əlavə, şirkətə qarşı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğu üçün toplam 5 000 manat maliyyə sanksiyası tətbiq edilib, 2022, 2023, 2024-cü illərdə isə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən ümumilikdə 7 hal üzrə ümumilikdə 280 manat maliyyə sanksiyası alıb.