BAKI, 15 may. TELEQRAF

Əmlak Məslələri Dövlət Xidməti tərəfindən mayın 29-da "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətinə (BOKT) məxsus əmlaklar hərraca çıxarılacaq.

Teleqraf xəbər verir ki, hərracda 15 fərdi yaşayış evi və 2 torpaq sahəsi satışa çıxarılacaq.

Evlərin ümumi sahəsi 45,9 - 549,1 kvadratmetr arasında dəyişir. Torpaqların ümumi ölçüsü isə müvafiq olaraq 0,06 və 0,39 hektar təşkil edir.

Ümumilikdə, satışa çıxarılacaq əmlakların start qiymətləri 4 815 manatdan 125 550 manatadək dəyişir.

Hərracda iştirak üçün əvvəlcədən 10 faiz beh tələb olunur.

Qeyd edək ki, əmlaklar 2-ci dəfə təkrar hərraca çıxarılır. Bu dəfə əmlaklara 10 faiz endirim tətbiq edilib.