BAKI, 15 may. TELEQRAF
Bu ilin yanvar-mart aylarında Azərbaycanın Moldova ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 35,6% artaraq 2,3 milyon dolları üstələyib.
Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, Azərbaycandan Moldovaya ixrac 1,09 milyon dollar (47,8% artım), Moldovadan Azərbaycana idxal isə 1,2 milyon dollar (26,2% artım) təşkil edib.
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Moldova ilə ticarətin payı 0,01% təşkil edib.