BAKI, 14 may. TELEQRAF

Bu ilin aprelində Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 468 min barel səviyyəsində olub.

Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, mart ayı ilə müqayisədə hasilatın həcmində dəyişiklik olmayıb.

2025-ci ilin martında da neft hasilatı orta hesabla 468 min barel səviyyəsində olub.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir. Azərbaycan bu ilin aprelində OPEC+ çərçivəsində kvotadan 83 min barel geridə qalıb.