BAKI, 17 aprel. TELEQRAF
Şərur Rayon İcra Hakimiyyəti "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC ilə 4 milyon 699 min 696 manatlıq müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, MMC bu məbləğə Şərur rayonu Çomaxtur kənd avtomobil yolunun və Çomaxtur kənddaxili avtomobil yollarının əsaslı təmirini həyata keçirəcək.
Qeyd edək ki, müvafiq işlərin 1 il müddətinə bitməyi nəzərdə tutulur. Belə ki, işlərə ötən gündən başlanılıb, gələn ilin aprelinə qədər sonlandırılması planlaşdırılır.