BAKI, 16 aprel. TELEQRAF
2025-ci ilin yanvar-mart ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçılardan daxil olan 1462 müraciətə baxılıb.
Bu barədə Teleqraf-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, təmin olunmuş 595 müraciət əsasında 55 min 608 manata vəsait istehlakçılara qaytarılıb.

