
BAKI, 16 aprel. TELEQRAF
Azərbaycan bu ilin yanvar-fevral aylarında 102415.03 min kubm təbii qaz idxal edib.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 2 dəfə azdır.
2024-cü ilin yanvar-fevral aylarında 208866.25 min kubm təbii qaz idxal edilmişdi.
Bu ilin ilk iki ayında təbii qazın 84,8 faizi (86838.94 min kubm) Türkmənistandan, 15,2 faizi (15576.09 min kubm) isə Rusiyadan idxal edilib.
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan təbii qazı sadəcə Türkmənistandan idxal etmişdi.