BAKI, 16 aprel. TELEQRAF
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Füzuli rayonunda elektrik veriliş xətləri çəkilməsinə 1 milyon 141 min 964 manat vəsait xərcləyəcək.
Teleqraf xəbər verir ki, qurum bu məbləğə rayonun Qoçəhmədli, Qarğabazar və Cuvarlı yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq yeni iki dövrəli ÖİN (SİP-3) elektrik veriliş xəttini çəkməyi planlaşdırır.
Qeyd edək ki, müvafiq işlərin görülməsi üçün tender elan edilib. Təkliflərin son təqdim edilmə tarixi mayın 16-na qədər davam edəcək.