BAKI, 16 aprel. TELEQRAF

"Mən Rusiya ilə Belarus prinsipinə əsaslanan İttifaq dövlətinin tərəfdarıyam".

Teleqraf xəbər verir ki, bunu Gümrü şəhərinin yeni meri Vardan Qukasyan jurnalistlərə deyib.

İttifaq dövlətinin tərəfdarı olduğunu üçün tənqid oluna biləcəyi ilə bağlı suala o, belə cavab verib:

“Qoy tənqid etsinlər, heç qorxmuram, çox düzgün fikirləşirəm. Belarus prinsipinə əsaslanan ittifaq dövlətinin tərəfdarıyam”.

Qukasyan jurnalistin bunun Belarus kimi Ermənistanın müstəqilliyinə son qoyacağı fikri ilə razılaşmayıb.

Xatırladaq ki, İttifaq dövləti Rusiya və Belarus tərəfindən yaradılmış təşkilatdır. İki ölkə arasında İttifaq dövlətinin yaradılması haqqında müqavilə 1999-cu ildə imzalanıb.