BAKI, 16 aprel. TELEQRAF

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlaklar hərraca çıxarılacaq.

Teleqraf xəbər verir ki, hərracda 3-ü torpaq sahəsi, 15-i fərdi yaşayış evi olmaqla toplam 18 daşınmaz əmlak satışa qoyulacaq.

Əmlakların start qiyməti isə 5 350 manatdan 139 500 manata qədər dəyişir.

Hərrac mayın 14-ü saat 11:00-da keçiriləcək.

Qeyd edək ki, hərracda iştirak etmək üçün əvvəlcədən beh tələb olunur. Beh "Aqrarkredit" QSC BOKT-un hesabına köçürülməlidir.

“Aqrarkredit” QSC Nazirlər Kabinetinin 14 aprel 2001-ci il tarixli 65s nömrəli Sərəncamı ilə yaradılıb və Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir.