BAKI, 16 aprel. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidmətinin rəhbəri Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında qeyd edib.
“Ölkələrimizin iqtisadi sahədə əməkdaşlığı, İqtisadiyyat Nazirliyi ilə Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidməti arasında təcrübə və məlumat mübadiləsi, reyestr və kadastr məlumatlarından səmərəli istifadə və milli məkan infrastrukturunun qurulması barədə fikirlərimizi bölüşdük”, - deyə nazir bildirib.