BAKI, 16 aprel. TELEQRAF
Ukraynanın Avropa Həmrəyliyi partiyasının lideri, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko dövlətə xəyanətdə ittiham olunur.
Teleqraf xəbər verir ki, bu barədə ukraynalı politoloq Pyotr Oleşçuk öz "Facebook" səhifəsində məlumat verib.
"Bu gün, aprelin 16-da ittiham aktı məhkəməyə göndərilib. Söhbət on il əvvəl baş vermiş hadisələrdən gedir. O zaman Ukrayna müstəntiqlərinin fikrincə, Poroşenko müstəqillik elan etmiş DXR və LPR-dən kömür tədarükü üçün sxem qurub. İttiham təsdiqlənsə, Poroşenkonu əmlakı müsadirə olunmaqla 15 ilə qədər həbs gözləyir", -politoloq qeyd edib.
Fevralın 13-də Ukrayna Prezidenti Volodimir Zelenski Poroşenkoya qarşı şəxsi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb . Sanksiyalar həmçinin “Həyat naminə” müxalifət platformasının keçmiş lideri Viktor Medvedçuka və oliqarx İqor Kolomoyskiyə qarşı da tətbiq edilib. Bundan əlavə, siyahıya iş adamı Konstantin Zhevaqo və "Privatbank"ın keçmiş həmtəsisçisi Gennadi Bogolyubov da daxildir.