BAKI, 16 aprel. TELEQRAF
Azərbaycan Mərkəzi Bankı “Guavapay" MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.
Bu barədə Teleqraf-a Mərkəzi Bankdan xəbər verilib.
Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə Mərkəzi Bankdan bildiriblər.