BAKI, 16 aprel. TELEQRAF

İndiyədək Hacıqabul Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən Teleqraf-a verilən məlumata görə, istehsalın 4 milyon manatlıq hissəsi ixracın payına düşüb.

Hacıqabul Sənaye Parkında investisiya həcmi 183 milyon manatdan çox olan 12 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Bundan başqa, sahibkarlar tərəfindən Sənaye Parkına 59 milyon manatdan çox investisiya yatırılıb, 360-dan artıq daimi iş yeri yaradılıb.

Növbəti mərhələdə mövcud layihələr üzrə Parka əlavə olaraq 124 milyon manatdan çox investisiyanın yatırılması, 1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.