BAKI, 16 aprel. TELEQRAF

Serbiya parlamenti etirazlara baxmayaraq, professor Djuro Matsutanın ölkənin baş naziri postuna namizədliyini təsdiqləyib.

Teleqraf "Reuters"ə istinadla xəbər verir ki, qərar qanunverici orqandakı 250 yerdən 156-na nəzarət edən hakim Serb Tərəqqi Partiyasının (SPP) dəstəyi ilə qəbul edilib.

SPP mütləq çoxluğa malik olduğundan səsvermə formal xarakter daşıyıb. Müxalifətdən olan deputatlar bu təyinatı tənqid edərək, prosedurda şəffaflığın olmadığını bildiriblər. Prezident Aleksandar Vuçiçin yaxın müttəfiqi olan Matsuta əvvəllər təhsil naziri vəzifəsində çalışıb.

Vuçiç aprelin 7-də ölkənin baş naziri vəzifəsinə Djuro Matsutanın namizədliyini irəli sürüb .