BAKI, 22 aprel. TELEQRAF

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qaydalara dəyişiklik olunub.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, infeksiya ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələr iyula qədər davam edəcək.

Başqa bir qərarla isə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi iyul ayınadək uzadılıb.