BAKI, 21 aprel. TELEQRAF
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi Türk Qida Kodeksi Qida Etiketləmə və İstehlakçı Məlumatı Tənzimləmə Təlimatına əlavələr edərək, qida etiketləri ilə bağlı yeni qərar verib. Bu addım pendir məhsulları və desertlərin adları ilə bağlı yanıldıcı ifadələrin qarşısını almağı hədəfləyir.
Teleqraf xəbər verir ki, yeni qaydalara əsasən, əgər məhsulun tərkibində kaşar pendiri əvəzinə emal edilmiş pendir istifadə olunubsa, həmin məhsul “kaşarlı” etiketi ilə satışa çıxarıla bilməz.
Məsələn, "kaşar pendir pide" bundan sonra “ərimiş pendirli pide” adlandırılacaq.
Eynilə, paxlava istehsalında fıstıqdan istifadə edilərsə, bu, məhsul artıq “fıstıq paxlavası” deyil, “yer fıstığı paxlavası” adlandırılacaq.
Nazirlikdən bildirilir ki, bu tənzimləmələr xüsusilə qiyməti ucuz olan inqrediyentlərdən istifadə edilməsinə baxmayaraq, məhsulun yüksək qiymətə satışının qarşısını da alacaq.