GƏNCƏ, 22 aprel. TELEQRAF

22.04.2025-ci il tarixində saat 14:10 radələrində 2008-ci il şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə Teleqraf-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib.

"Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir", -deyə məlumatda qeyd olunub.

***

17:12

GƏNCƏ, 22 aprel. TELEQRAF

Gəncədə yeniyetmənin döyülməsi ilə nəticələn hadisə qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 17 yaşlı Sərvət Əmirov döyülmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, yeniyetmə tanımadığı şəxslə dalaşıb.