BAKI, 21 aprel. TELEQRAF
Dolları indeksi 1,42% azalaraq 97,993 bənd səviyyəsinə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "TradingView" platforması məlumat verib.
Bildirilir ki, bu gün səhər saatlarında indeks 31 mart 2022-ci ildən bəri ilk dəfə 98 bənddən aşağı enib. Saat 15:05-ə yaxın indeks enişini ləngidərək 98,097 bənd səviyyəsində (-1,31%) sabitləşib.
Qeyd edək ki, Dolları İndeksi dolların altı əsas xarici valyutaya – avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankına qarşı dəyərini müəyyən edir. İndeksin yüksək olması dolların bu valyutalara nisbətən güclü olduğunu göstərir.