BAKI, 22 aprel. TELEQRAF
Rəqəmsal ödənişlərin sürətli inkişafını dəstəkləmək məqsədilə Milli Ödəniş Sisteminin idarəetmə strukturu yenidən formalaşdırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icrası ilə bağlı hesabatda qeyd olunur.
Hesabatda qeyd olunur ki, bundan savayı ödəniş sektorunun inkişafı ilə bağlı ölkəxarici ödəniş imkanlarının genişləndirilməsi üçün digər mərkəzi banklarla əməkdaşlıq edilməsi, Milli Ödəniş Sisteminin arxitekturasının modernizasiyası və rəqəmsal ödənişlər üzrə xərc səmərəliliyinin təmin edilməsi nəzərdə tutulur.